Azərbaycanda fermerlərə 2022-ci ilin əvvəlindən 2021/2022-ci il üzrə payızlıq əkinlərə görə 92.4 milyon manat ümumi məbləğdə subsidiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
159,5 min fermer subsidiya alıb.
Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25%-ni bankomatlar vasitəsilə nağdlaşdıra, 75%-ni isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.
Hər hektar üçün subsidiyanın məbləği 210 manatdır. Subsidiya ödənilən əkin sahəsi 440 min hektardan çoxdur.
KTN-nin məlumatına görə, fevralın 28-də 18 min 900 fermerə ümumilikdə 30 milyon 600 min manat subsidiya ödənişi həyata keçirilib.Subsidiyalar təxminən 140 min hektara yaxın əkin sahəsini əhatə edir.
Bundan başqa, fevralın 28-də süni mayalanma yolu ilə alınmış 2097 buzova görə 1579 fermerə 209 min 700 manat subsidiya ödənilib (fevralın 15-də bu məqsədlər üçün 4 993 fermerə 499,3 min manat subsidiya ödənilib). **
B.Rüstəmbəyov