Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğu gün ərzində Ukrayna ərazisindən 30 nəfər həmvətənimizin evakuasiya edilməsi barədə məumat verib.
“Ötən gün ərzində ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhədinə evakuasiya edilib”, - “İnterfaks-Azərbaycan”a diplomatik missiyadan bildiriblər.
Bundan əlavə, evakuasiya üçün müraciət edən 300-dən çox azərbaycanlı qeydiyyata alınıb.
Konsulluqdan qeyd olunub ki, vəziyyətdən asılı olaraq həmvətənlərimizin evakuasiyası prosesi davam etdiriləcək.
Həmçinin, konsulluq həmvətənlərimizi hərbi obyektlərin yerləşdikləri ərazilərə yaxınlaşmamağa çağırır.
“Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti vəinfo.azconsulate@gmail.comelektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək”, - konsulluqdan məlumat verilib. **
X.Nəsirzadə