Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda avtomobil yolunun tikintisinin başa çatdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,6 milyon manat ayrılacaq.
Avtomobil yolu on dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Sərəncamın mətni bazar ertəsi dövlət naşçısının saytında dərc olunub. **
E.Şəfiyev