2022-ci ilin yanvar ayında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $148,66 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2022-ci ilin yanvar ayının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($49,8 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($15,9 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunurlar: “SOCAR Polymer” MMC ($24,2 milyon), “Azəralüminium” MMC ($16 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($3,5 milyon), “Azəripək” MMC ($0,1 milyon), “Azərbaycan Hava Yolları” QSC ($0,1 milyon), Naxçıvan MR Dövlət Enerji Xidməti ($0,7 milyon), «Azeri M-I Drillig Fluids» MMC ($0,05 milyon), “Bakı Metropoliteni” QSC ($0,02 milyon), «Enerji Servis Tikinti Təmir Sazlama» MMC ($0,02 milyon).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($9,5 milyon), “Aqrovest” MMC $5,3 milyon, "P-Aqro" MMC - $4,6 milyon, «Çinar Aqro» MMC - $4,5 milyon, "Almeyvə" MMC - $3,9 milyon, «Product Service» MMC - $3,9 milyon, «ZR-78 Company» - $2,6 milyon, "RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd" - $2,3 milyon, fiziki şəxs Nemət Yalçın Oktay oğlu - $2,3 milyon daxildir.
Azərbaycan 2022-ci ilin yanvar ayında $232,2 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.**
N.Abbasova