Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncam fevralın 28-də rəsmi mətbuatda dərc edilib.
Sərəncama əsasən, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir.
Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.
Dövlət Proqramı çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilini uğurla bitirmiş gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək prioritet sahələrdə məşğulluğu təmin ediləcək.*
X.Nəsirzadə