Prezident İlham Əliyev Türkiyə hökuməti ilə imzalanmış bir sıra sazişləri təsdiq edib.
Xüsusilə 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş” və 2021-ci il noyabrın 11-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.
Dövlət başçısının imzaladığı fərmanlara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişlərin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.*
E.Şəfiyev