“Finca Azerbaycan” BOKT 3 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır.
Bakı Fond Birjasından (BFB) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 min manat olan 3 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirlilik 12,5% təşkil edəcək. Faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.
1999-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınmış “Finca Azerbaycan” BOKT riteyl və mikrokreditləşmə bazarında əməliyyatlar həyata keçirir. Təşkilatın nizamnamə kapitalı 3 milyon 756,572 min manata bərabərdir, yeganə təsisçisi “Finca Microfinance Cooperatief U.A.” şirkətidir (Niderland). 2020-ci ilin sonuna BOKT-un aktivləri 26,2 milyon manat, kapitalı 15,5 milyon manat məbləğində qiymətləndirilir. Ötən ilin yekunları üzrə təşkilatın vergi ödənilənədək mənfəəti 734 min manat təşkil edib.*
X.Nəsirzadə