Martın 1-də əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri Vircil Popesku arasında görüş olub.
“Görüşdə ötən dövrdə Azərbaycan və Rumıniya arasında 60-dan çox əməkdaşlıq sənədinin imzalandığı qeyd edilib. Hazırlanmış yeni əməkdaşlıq sənədləri layihələrindən bəhs olunub”, - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində də iki ölkənin fəal əməkdaşlığı üçün potensialın olduğu vurğulanıb.
S.Babayev ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın böyük olduğunu vurğulayıb.
V.Popesku ölkələrimiz arasında fəal siyasi dialoqun mövcud olduğunu, qarşılıqlı iqtisadi əlaqələrin genişləndiyini qeyd edib.*
E.Şəfiyev