Vəli Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub.
Nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, o, bu vəzifədə Fuad Heydərovu əvəz edib.
V.Quliyev 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
F.Heydərov isə nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri təyin olunub.
Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.*
E.Şəfiyev