“Azərişıq" ASC Şuşa şəhəri ərazisində tikiləcək qazanxanaların və beş ədəd yaşayış binasının istilik elektrik təchizatının qarşılanması məqsədilə podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı – 1,5 min manatdır.
Şirkətlərdən təkliflər 22 aprel saat 15:00-dək qəbul olunur. Tender proseduru 25 aprel saat 15:00-da baş tutacaq.
Əlaqələdirici şəxs: Namiq Heybətov. Telefon: (012) 440-39-93 (daxili: 92-19)
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
B.Rüstəmbəyov