2022-ci ilin sonunadək Şuşa şəhərində (Qarabağ regionu - İF) məktəb inşa edilərək istifadəyə veriləcək. Bu barədə təhsil naziri Emin Əmrullayev bəyan edib.
“Hazırda Şuşa şəhərində orta məktəbin inşası üzrə işlər aparılır. Bu ilin sonunadək məktəb binası hazır olacaq”, - Əmrullayev AzTV dövlət telekanalına müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda daha 5 məktəbin tikintisi nəzərdə tutulur, onlardan ikisinin tikintisi artıq aparılır.
“Ağdamda məktəb inşası artıq həyata keçirilir, Cəbrayılda Mehdi Mehdizadə adına məktəbin layihələndirilməsiə başlanılıb, o cümlədən, Füzulidə iki məktəbin tikitntisi üzrə ilkin təkliflər hazırlanıb: ümumtəhsil və peşə təhsili. Bundan əlavə, artıq Zəngilan rayonunun Ağalı kəndində məktəb tikintisi sona çatır”, - nazir vurğulayıb. **
E.Şəfiyev, X.Nəsirzadə