2022-ci ilin aprelində Azərbaycanda gündəlik xam neft hasilatı daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılacaq. Bu barədə Eneregtika Nazirliyindən məlumat verilir.
“OPEC+ ölkələrin nazirlərinin 26-cı iclasında qlobal neft bazarında volatilliyin azaldılmasına dəstək məqsədilə gündəlik neft hasilatının apreldə 400 min barrel artırılmasına Azərbaycan razılıq verib. Yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılacaq”, - məlumatda qeyd olunur.
Nazirlikdən bildirilir ki, gələn ay gündəlik hasilatın 7 min barel artırılması ilə ixtisarla bağlı öhdəliyin 36 min barrel həcmində olması nəzərdə tutulur. **
N.Abbasova