Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması regionun inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belə hesab edir.
“Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması təkcə Azərbaycan üçün deyil, həm də bütövlükdə region üçün yeni imkanlar yaradır. Bu baxımdan Azərbaycan ərazilərinin bərpası yaxın illərdə Azərbaycanın inkişaf prioritetlərinin əsas istiqamətlərindən biri olacaq. Bu məqsədlərə 2021-ci ilin dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb”, - Bayramov Jenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışına bildirib. **
E.Şəfiyev