Bakı və Qahirə hazırki əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirir. Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahimi ilə görüşü zamanı bəyan edilib.
Azərbaycan XİN başçısı Misirin səfirini ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Qeyd olunub ki, Bayramov Azərbaycan və Misir münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib.
Nazir səfirə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib.
Məlumatda bildirilir ki, işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən Bayramov, bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.
Adel İbrahim Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bölgədə dayanlıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb. O, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib və bu xüsusda, səfir azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin cəlb edilməsi məsələsinə toxunub.
Səfir iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib.
XİN-in məlumatında deyilir ki, tərəflər iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndiriməsi üçün böyük potensialın olduğunu qeyd ediblər. **
R.Kərimov