Çərşənbə günü Bakı və İslamabad Azərbaycan və Pakistanın Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Müdafiə Nazirliyindən məlumat verilib ki, bu məsələlər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı müzakirə olunub.
“Görüşdə hər iki ölkənin HDQ-i arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub”, - məlumatda deyilir.
Bəkirov Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın daim inkişaf etdiyini xüsusi vurğulayıb. Şifaat Ali Xan Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Pakistan nümayəndə heyəti hərbi gəmilərə baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri ilə maraqlanıb.
MN-dən bildiriir ki, həmçinin gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili və həyati vacib digər qurğular barədə ətraflı məlumat verilib. **
R.Kərimov