Çərşənbə günü xarici işlər naziri Ceyhun Bayramov Kubanın Azərbaycandakı yeni səfiri Karlos Valdes de la Konsepsion ilə ikitərəfli səviyyədə, o cümlədən tibb, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı potensialını müzakirə ediblər. Bu barədə XİN-dən məlumat verilib.
Bayramov Kubaın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edib.
Bayramov, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə iki ölkə arasında mövcud olan əməkdaşlığı, habelə yüksək səviyyəli siyasi dialoqu məmnunluqla vurğulayıb. Həmçinin, o əlavə edib ki, bir çox sahələrdə əlaqələrin inkişafı üçün perspektivlər mövcuddur.
XİN-dən bildirilir ki, Karlos Valdes de la Konsepsion öz növbəsində iki ölkə arasında beynəlxalq müstəvidə əməkdaşlığı xüsusilə vurğulayıb. **
R.Kərimov