Azərbaycan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub. Bu barədə çərşənbə günü yerli mətbuat yazır.
Məlumat verilir ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Öncə məlumat verilib ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib və qurumun maliyyə sektorunda 6 nəfər yüksək vəzifəli şəxs külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. **
İnformasiya şöbəsi