Bakı 2022-ci ilin noyabrında yunan-Roma güləşi üzrə Dünya Kubokuna və 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına ev sahibliyi edəcək. Bu barədə Azərbaycan Güləş Federasiyasının məlumatında deyilir.
Bununla bağlı qərar martın 2-də Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
“Belə ki, bu il noyabrın 5-6-da yunan-Roma güləşi üzrə Dünya Kubokunun Bakıda keçirilməsi rəsmiləşib. Paytaxtımız 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına da ev sahibliyi edəcək”, - deyə məlumatda bildirilir.
Onlayn formatda keçirilən vebinarda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev iştirak edib.*
R.Kərimov