2021-ci ildə Azərbaycan 174,158 min ton təzə xurma ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 38,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İxrac edilmiş xurmanın dəyəri $125 milyon 895,03 min (artım 37,5%) təşkil edib.
Xurmanın əsas ixrac bazarı Rusiyadır: 2021-ci ildə RF-yə $117 milyon 123,66 min dəyərində (artım 37,3%) 142,89 min ton təzə xurma (artım 39,2%) ixrac edilib. Bu dövrdə təzə xurma ixracının 82%-i RF-nin payına düşüb.
2020-ci ildə Azərbaycan $91 milyon 586,68 min məbləğində 125,771 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi (bütün tədarükün 81,6%-i) Rusiyanın payına düşüb.*
B.Rüstəmbəyov