Ukraynanın Xarkov və Kiyev şəhərlərində mövcud vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi üçün xüsusi qatarın hazırlanması mümkün deyil. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin məlumatında deyilir.
“Xarkov və Kiyev şəhərlərində mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar xüsusi qatarın hazırlanması hazırda mümkün deyil. Ciddi təhlükə ilə üzləşmiş vətəndaşlarımız Xarkov və Kiyev dəmir yolu vağzallarından yola düşən qatarlarla şəhərlərdən uzaqlaşa bilərlər. Fövqəladə vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızdan komendant saatlarına ciddi riayət etmələrini və mümkün qədər diqqətli olmalarını xahiş edirik”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev