Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlini qəbul edib.
“Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə sıx qarşılıqlı fəaliyyət həyata keçirdiyini vurğulayan dövlət başçısı ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib, iqtisadi, nəqliyyat və investisiya qoyuluşu sahələrində də yaxşı perspektivlərin mövcud olduğunu vurğulayıb”, - deyə prezidentin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
R.Emoməli parlamentlərimiz arasında əməkdaşlıq haqqında sazişin, həmçinin Bakı və Düşənbənin qardaşlaşması barədə sənədin imzalanacağını qeyd edərək, bunları dostluq əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirib.*
E.Şəfiyev