Martın 3-də Azərbaycan və Moldova prezidentləri İlham Əliyev və Maya Sandu arasında telefon danışığı baş tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir.
“Moldovada və regionda cərəyan edən prosesləri müzakirə etdik. İqtisadi-ticarət əlaqələrimizin, o cümlədən enerji sektorunda əməkdaşlığımızın aktivləşdirilməsi yollarının axtarışını davam etdirməklə bağlı razılığa gəldik”, - deyə Sandu Twitter hesabında yazıb.*
E.Şəfiyev