Azərbaycan Müdafiə Nazirliyi azad olunan ərazilərdə (Qarabağ və Şərqi Zəngəzurda – İF) mühəndis işlərini davam etdirir.
“Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Həmçinin əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur”, - MN-nin məlumatında qeyd edilir.
Bildirilir ki, işğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14365 hektardan artıq ərazi tam təmizlənib, 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9231 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib. **
E.Şəfiyev