Ukraynada hərbi əməliyyatlar başlayandan quru yolla 7696 Azərbaycan vətəndaşı təxliyə olunub.
Azərbaycan Xarici İşlər Naziriyinin məlumatına əsasən, Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 6500 nəfər vətəndaşımız, Polşa Respublikasına 770 nəfər vətəndaşımız, Rumıniyaya 318 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 60 nəfər vətəndaşımız, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub.
Bu günədək Rumıniya ərazisindən həyata keçirilən 5 çarter reysi ilə 900 nəfər azərbaycanlı Azərbaycana təxliyə olunub. **
E.Şəfiyev