Azərbaycan 2021-ci ildə 1 milyon 148,06 min ton buğda idxal edib ki, bu da 2020-ci ilin göstəricisindən 15,9% azdır, tədarükün 95,3%-i Rusiyanın payına düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Respublikaya idxal olunan buğdanın ümumi dəyəri $331,919 milyon (artım 11,8%) təşkil edib.
İdxal olunan buğdanın ümumi həcmində 190,473 min ton ($57,969 milyon məbləğində) bərk buğda, 951,112 min ton ($270,396 milyon) yumşaq buğda və meslin, 6,475 min ton ($3,553 milyon) səpinlik buğdanın payına düşüb.
2021-ci ildə Azərbaycana buğdanın əsas tədarükçüsü Rusiya olaraq qalıb. Bu ölkədən $315,191 milyon dəyərində (artım 7,5%) 1 milyon 94,236 min ton (azalma 18,9%) buğda idxal edilib.
Bütövlükdə, Azərbaycana buğda idxalının 95,3%-i Rusiyanın payına düşüb.
2021-ci ildə Azərbaycana buğdanın digər tədarükçüsü Qazaxıstan olub. Bu ölkədən $15 milyon 850,6 min dəyərində (artım 4,7 dəfə) 52,746 min ton (artım 3,5 dəfə) buğda idxal edilib.*
B.Rüstəmbəyov