Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti martınn 23-dək Rusiyanın 3 şəhərindən Azərbaycana uçuşları ləğv edib.
Xüsusilə, martın 4-dən 23-dək Samara-Bakı-Samara, Krasnoyarsk-Bakı-Krasnoyarsk və Jukovski-Bakı-Jukovski marşrutları ilə reyslər ləğv edilib.
Aviaşirkətin saytında qeyd olunur ki, Avropa ölkələrinin hava məkanının bağlanması ilə əlaqədar reysləri ləğv etməyə məcbur olub. **
N.Abbasova