Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
“Söhbət zamanı Bakıda keçirilən “Ənənəvi idmanın dirçəldilməsi” adlı 5-ci Beynəlxalq Etnoidman Forumunun əhəmiyyəti vurğulandı, onun yüksək səviyyədə təşkil olunduğu bildirildi”, - Azərbaycan prezidentinin saytında məlumat verilir.
Sonda Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı İlham Əliyevə təqdim etdi. **
E.Şəfiyev