Azərbaycanda koronavirus infeksiyasına 374 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 789,332 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 433 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər (ötən gün 12 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 518 nəfərə çatıb.
Virusa yoluxmuş 775,275 min nəfər (sutka ərzində +1 min 29) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 4 min 539 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 284 (ötən gün 7 min 530 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 599,806 min test aparılıb.**
R.Kərimov