Türkiyə Ukrayna məsələsinin qısa zamanda sülh yolu ilə həlli üçün əlindən gələn köməyi etməyə hazırdır. “Anadolu” nəşrinin məlumatına görə, bu barədə bazar günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı bildirib.
Ərdoğan atəşin dayandırılması, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanmasına nail olmaq üçün dərhal addımların atılmasının vacibliyini vurğulayıb. “Gəlin sülhə doğru birlikdə yol alaq”, - o bəyan edib.
Nəşr qeyd edir ki, Ərdoğan əlavə edib ki, Türkiyə, Ukrayna və digər ölkələrlə daimi təmasdadır və hərtərəfli danışıqların keçirilməsi və nəticələrin əldə edilməsi məqsədilə səy göstərməyə davam edəcək. **