Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun binası hava zərbələri nəticəsində ciddi dağıntılara məruz qalıb. Bu barədə bazar günü Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilir.
“Azərbaycan Respublikasının Fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb”, - XİN-in saytındakı məlumatda qeyd olunur.
Bildirilir ki, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yararsız hala düşüb.
“Fəxri konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər”, - XİN-dən əlavə olunub. **
R.Kərimov