Rusiya 7 mart saat 10:00-dan Ukraynanın Kiyev, Mariupol, Xarkov və Sum şəhərlərində sükut rejimi elan edərək humanitar dəhlizlər açır. Bu barədə Rusiyanın Ukraynada Humanitar Məsələlərin Tənzimlənməsi üzrə Qurumlararası Qərargahı məlumat yayıb.
“Kiyev, Xarkov, Sum və Mariupol şəhərlərində humanitar vəziyyətin fəlakət həddində olduğu nəzərə alınaraq, eləcə də Fransa prezidenti Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putindən şəxsi xahişi əsasında RF Silahlı Qüvvələri martın 7-də saat 10.00-dan sükut rejimi elan edərək humanitar dəhlizlər açır”, - deyə məlumatda bildirilib.*