Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat verib.
“Bildiririk ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda iştirak edəcək”, - deyə o, Facebook səhifəsində yazıb.*