Ukraynadan Azərbaycana 4,3 mindən çox həmvətənimiz təxliyə olunub. Bu barədə çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilir.
“8 mart 2022-ci il tarixinədək Azərbaycana 4 min 375 nəfər (son sutka ərzində 1 min 237 nəfər olmaqla) təxliyə edilib. Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2 min 298 nəfər, quru yolu ilə isə 2 min 77 nəfər təşkil edib”, - XİN-in saytında məumat verilir.
XİN-dən qeyd olunub ki, vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub. Həmçinin, qadınlar, uşaqlar, yaşlılara, xəstələrə üstünlük verilib.
Əlavə edilib ki, vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcək. **
B.Rüstəmbəyov