Azərbaycanda koronavirus infeksiyasına 276 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 789,757 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 149 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər (ötən gün 13 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 547 nəfərə çatıb.
Virusa yoluxmuş 776 min 514 nəfər (sutka ərzində +808) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 696 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 142 (ötən gün 3 min 512 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 607 min 460 test aparılıb.**
B.Rüstəmbəyov