Azərbaycan Mərkəzi Bankı (AMB) martın 9-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 9-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,856 manat/1EUR səviyyəsində (martın 5-nə 1,8578 manat/1EUR) müəyyən edilib.
AMB martın 9-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0131 manat/1RUB səviyyəsində (martın 5-nə 0,0138 manat/1RUB) müəyyən edib.*
X.Nəsirzadə