Gəncə Şəhər İcra Hakimiyyəti İdman Sarayının tikintisinin davam etdirilməsinə 15 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.azsaytına istinadən xəbər verir ki, tikinti işlərinin yerinə yetirilməsi üçün İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 15 milyon manatdır.
Bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə İdman Sarayının tikintisi haqqında ümumilikdə 9,6 milyon manat dəyərində iki müqavilə bağlayıb.
Prezident İlham Əliyev Gəncə İdman Sarayının tikintisinin 2024-cü ilin əvvəlinə qədər sona çatacağını bəyan edib.
Onun sözlərinə görə, bu, ölkəmizin ən böyük idman sarayıdır. “Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində”, - deyə İ.Əliyev vurğulayıb.
Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel cəmləşəcək.*
B.Rüstəmbəyov