Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-fevral aylarında büdcə öhdəliyini 126,28% yerinə yetirib. Bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.
“Dövlət Gömrük Komitəsi 2022-ci ilin yanvar-fevral ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,28% yerinə yetirib. İlkin məlumata görə, dövlət büdcəsinə 820,84 milyon manat vəsait köçürülüb ki, bu da proqnozdan 170,84 milyon manat çoxdur”, - deyə o, Twitter hesabında yazıb.
2022-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4,26 milyard manat təşkil edir.*
B.Rüstəmbəyov