“Azərsu” ASC Bakının bir sıra rayonlarında su təchizatı və kanalizasiya sisteminin yaradılması və yenidən qurulması üçün podratçılar seçir.
Bu məqsədlə “Azərsu” üç tender elan edib.
Birinci tender “Ağ Şəhər” layihəsi çərçivəsində yeni su təchizatı və kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur.
İkinci və üçüncü tender Binə və Zabrat qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasını nəzərdə tutur.
Tenderlərin hər birində iştirak haqqı 500 manatdır.
Şirkətlərdən tender təklifləri aprelin 29-u saat 16:00-a qədər qəbul olunur.
Təkliflərə mayın 4-də saat 16:00-da baxılacaq. **
B.Rüstəmbəyov