İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.
Dövlət Xidmətinin məlumatında qeyd olunur ki, araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” barəsində iş qaldırılıb. **
B.Rüstəmbəyov