"Zolotaya Korona" beynəlxalq təcili pul köçürmələri sistemi Azərbaycanda adi rejimdə işini davam etdirir. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilir.
"Zolotaya Korona" ödəniş sistemi Azərbaycanda adi rejimdə işini davam etdirir. Bütün ödənişlər adi rejimdə keçirilir və bütün mümkün valyutalarda, dollar, avro, rubl və manatla köçürmələr edilir. Biz Azərbaycandakı tərəfdaşlarımızla bundan sonra da pil köçürmələrinin etibarlı, sürətli, təhlükəsiz və faisləsiz həyata keçirilməsini təmin edəcəyik", - məlumatda deyilir.
“Zolotaya Korona” 2006-cı idən etibarən Azərbaycanda fəaliyyət göstərir, tərəfdaşları ölkənin aparıcı bakları və “Azərpoçt” dövlət müəssisəsidir. "Zolotaya Korona" təcili pul köçürmələri xidmətləri 64 yaşayış məntəqəsində təqdim edilir, ümumi xidmət infrastrukturu isə 1548 ofisdən ibarətdir. **
X.Nəsirzadə