Cümə axşamı Bakıda İqtisadiyyat Nazirliyi ilə Böyük Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupunun ilk iclası keçirilib.
“İclasda iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, vergitutma və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb”, - iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter hesabında yazıb. **
N.Abbasova