Azərbaycanda koronavirus infeksiyasına 270 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 790,153 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 126 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər (ötən gün 11 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 575 nəfərə çatıb.
Virusa yoluxmuş 777,96 min nəfər (sutka ərzində +564) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 618 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 356 (ötən gün 3 942 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 617,758 min test aparılıb.**
X.Nəsirzadə