Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, Ukraynada vəziyyət və ikitərəfli əməkdaşlıq müzakirə edilib. Bu barədə Azərbaycan liderinin rəsmi saytında məlumat verilir.
Görüş zamanı tərəflər Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
“Əliyev və Ərdoğan Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyətini qeyd ediblər”, - məlumatda qeyd olunub.
Prezidentlər 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyini qeyd ediblər, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparıblar.
Bundan əlavə, söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunuldu, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olundu, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edildi.
Bununla əlaqədar, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulandı.
Söhbət əsnasında tərəflər iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirildi, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Eyni zamanda, tərəflər Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Əliyev və Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirildi.
Liderlər Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə etdilər. Əliyev Ərdoğanı Azərbaycana səfərə dəvət etdi. **
X.Nəsirzadə