Rusiya COVID-19-la əlaqədar səkkiz dövlətə, o cümlədən Azərbaycana uçuşlara tətbiq edilən məhdudiyyətləri martın 9-dan aradan qaldırıb. Bu barədə “Rosaviasiya”nın məlumatında deyilir.
“RF hökumətinin qərarına uyğun olaraq 9 mart 2022-ci il tarixindən etibarən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması çərçivəsində Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana müntəzəm və qeyri-müntəzəm uçuşlarla bağlı tətbiq edilən məhdudiyyətlər ləğv edilib”, - deyə məlumatda bildirilir.
RF ilə bu ölkələr arasında uçuşlar hava əlaqəsi haqqında ikitərəfli hökumətlərarası sazişlərin və aviasiya hakimiyyətləri arasında razılaşmaların müddəalarına uyğun olaraq qarşılıqlı əsasda yerinə yetiriləcək.*