Martın 11-də Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Görüşdə təşkilatın yaşıl enerji üzrə mərkəzinin Azərbaycanda yaradılması və bununla əlaqədar mərkəzin nizamnaməsinin üzv dövlətlər tərəfindən imzalanması, yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda bildirilir.
Noziri enerji və iqtisadi bağlılıq məsələlərinin İƏT-in gündəliyində duran əsas məsələlər olduğunu, Azərbaycanın bu sahələrdə rolunun vacibliyini vurğulayıb.*
X.Nəsirzadə