Azərbaycanda koronavirus infeksiyasına 225 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 790,378 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 270 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər (ötən gün 17 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9589 nəfərə çatıb.
Virusa yoluxmuş 778,543 min nəfər (sutka ərzində +583) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 246 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5161 (ötən gün 6356 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 622,919 min test aparılıb.*
X.Nəsirzadə