“International” BOKT QSC 2 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
11 mart 2022-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “International” BOKT QSC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
İstiqrazların tədavül müddəti 18 aydır.
Emissiya hər birinin nominal dəyəri $1 min olan 2 min ədəd istiqraza bölünüb.
İstiqrazlar üzrə gəlirlilik 14% təşkil edir, kupon faizlərinin ödənişi hər ay həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
“International” BOKT QSC 2013-cü il mayın 21-dən fəaliyyət göstərir. İdarə Heyətinin sədri Nicat Həsənovdur. BOKT-un nizamnamə kapitalı 3 milyon manat, aktivləri 14 milyon 733,326 min manatdır (2020-ci ilin sonuna).*
X.Nəsirzadə