Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasına yönəlmiş danışıqların başlanması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edəcək. Bunu Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyan deyib.
“Sazişin imzalanmasından əvvəl bu mövzuda danışıqlar aparılmalıdır, qarşılıqlı bəyanatlar isə hələ konkret danışıqlar prosesi ilə nəticələnmədiyi üçün (çünki iki ölkənin birbaşa danışıqlarla bağlı zəngin təcrübəsi yoxdur) Ermənistan sülh danışıqlarının başlanması məsələsi ilə bağlı yaxın vaxtlarda yəqin ki, vasitəçilərə müraciət edəcək”, - deyə o, “Armenpress” informasiya agentliyinə bildirib.
V.Unanyanın sözlərinə görə, hazırda bu məsələ üzərində iş aparılır.*