Bakı Ermənistanla münaqişə tarixini bağlamağa hazırdır. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Ermənistan siyasi iradə göstərsə, biz münaqişə tarixinin səhifəsini bağlamağa, eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində sülh müqaviləsinin bağlanmasına hazırıq”, - deyə X.Xələfov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əsas prioritet kommunikasiyaların bərpası, o cümlədən Naxçıvana gedən dəmir yolu və avtomobil yolunun açılmasıdır.
“Biz Ermənistanla heç bir qeyd-şərt olmadan sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırıq”, - deyə nazir müavini vurğulayıb.*
E.Şəfiyev