Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
Qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarət 380 tonluq humanitar yardım təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.
Bundan əvvəl Azərbaycan Ukraynaya dərman preparatları və tibbi avadanlıqlar göndərmişdi.*
R.Kərimov